Tacikistanda parlament seçkiləri baş tutub - Yenilənib
Tacikistan qanunlarına əsasən, seçicilərin 50 faizdən çoxu səs verdikdə seçkilər baş tutmuş hesab edilir. Seçkilərin ilkin nəticələri 24 saat ərzində elan olunacaq.
***
Tacikistanda parlamentin aşağı palatasına seçkilər keçirilir.
Azvision.az xəbər verir ki, vətəndaşların 63 deputat seçməsi üçün ölkədə 3412 seçki məntəqəsi fəaliyyət göstərir.
MDB ölkələrindən olan beynəlxalq müşahidəçilərin aralıq hesabatına əsasən, 4,9 milyon vətəndaş seçici siyahısına daxil edilib. Ölkədə səsvermə yerli vaxtla saat 20:00-a qədər davam edəcək.
Respublikadan kənarda olan Tacikistan vətəndaşları üçün 30 səfirlik və 9 konsulluqda 39 seçki məntəqəsi açılacaq.
Azvision.az
Teqlər: Tacikistan