Çindən kənarda koronavirusa yoluxanların sayı 6 mini ötüb

Çindən kənarda koronavirusa yoluxanların sayı 6 mini ötüb
  01 Mart 2020    Oxunub:2011
Son sutka ərzində Çindən kənarda koronavirusa 1,3 mindən artıq yeni yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, Çindən kənarda 53 ölkədə yeni növ koronavirusa yoluxanların sayı 6009 nəfərə çatıb.

Bundan əlavə, sutka ərzində koronavirusdan 19 nəfər ölüb və ölüm hallarının sayı 86-ya çatıb.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 79,8 min nəfər yoluxub, onlardan 2870 nəfəri ölüb, 41,8 mindən çoxu isə sağalıb.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti