Çində koronavirusdan ölənlərin sayı 2873-ə çatıb

Çində koronavirusdan ölənlərin sayı 2873-ə çatıb
  01 Mart 2020    Oxunub:1318
Çində koronavirusa yoluxanların sayı 79 min 971, bu virusdan ölənlər isə 2 min 873 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən sutka ərzində 573 yoluxma, 39 ölüm faktı qeydə alınıb.

İndiyədək 41 min 684 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 7 min 365 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş 51 min 856 nəfər tibbi nəzarət aldtındadır.

Azvision.az



Teqlər: Çin  





Xəbər lenti