Türkiyə "Bahar qalxanı" əməliyyatına başladı

   Türkiyə "Bahar qalxanı" əməliyyatına başladı
  01 Mart 2020    Oxunub:2895
Türkiyə Suriyanın İdlib vilayətində "Bahar qalxanı" əməliyyatına başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulisi Akar bildirib.

Onun sözlərinə görə, Türkiyənin məqsədi Suriya rejiminin qətliamına son qoymaq və qaçqın axınının qarşısını almaqdır.

H. Akar qeyd edib ki, Əsəd rejiminə məxsus 1 PUA, 8 helikopter, 203 tank, 72 top, 3 hava hücumundan müdafiə sistemi və 2212 hərbçi məhv edilib.

Azvision.az



Teqlər: Türkiyə  





Xəbər lenti