Azərbaycan karateçiləri Avstriyada iki medal qazanıb

Azərbaycan karateçiləri Avstriyada iki medal qazanıb
  01 Mart 2020    Oxunub:1797
Azərbaycan karateçiləri Avstriyada Karate1 Premyer liqa turnirində iki medal qazanıblar.
Azvision.az xəbər verir ki, Rafiz Həsənov (-67 kq) yarışın qalibi, İrina Zaretska (-68 kq) isə bürünc mükafatçı olub.

Yarışın son günü medal görüşlərinə çıxan digər idmançılarımız Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) bürünc mükafat şanslarını əldən veriblər.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 3-cü mərhələsində 88 ölkədən 625 karateçi iştirsak edib. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandırıb. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən referilər arasında olub.

Azvision.az




Teqlər: Karate   Yarış  





Xəbər lenti