Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi (ELSA Azərbaycan) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maddi yardımı ilə təlimlər keçirməyə hazırlaşır.
Qurumdan AzVision.az-a verilən məlumata görə, Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət planının həyata keçirilməsində Gənclərin iştirakçılığının artırılması layihəsi gerçəkləşdiriləcək. Layihə çərçivəsində İnşa müsabiqəsinin və təlimlərin təşkili planlaşdırılır.