Cüdoçularımız Avropa kubokunda 4 medal qazandı

Cüdoçularımız Avropa kubokunda 4 medal qazandı
  02 Mart 2020    Oxunub:1845
Antalyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib. Beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.
Azvision.az xəbər verir ki, oğlanların mübarizəsində Murad Gülməmmədov (-50 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub.

60 kq çəki dərəcəsində yarışan Seymur Məcidli bürünc medala layiq görülüb. Cüdoçu qızlarımız da Avropa kubokunda iki medal əldə ediblər. Millimizin üzvləri Lətifə Abbasova (-48 kq) və Nərmin Əmirli (+70 kq) bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 gümüş, 3 bürünc medala sahib olublar.

Azvision.az



Teqlər: Cüdo   Yarış   Medal  





Xəbər lenti