Azərbaycan BMT Nizamnaməsinə sadiqliyini nümayiş etdirir - XİN

 Azərbaycan BMT Nizamnaməsinə sadiqliyini nümayiş etdirir -  XİN
  02 Mart 2020    Oxunub:1645
Azərbaycan BMT-yə üzv olduqdan bəri qurumun Nizamnaməsinə, məqsədlərinə və beynəlxalq qanunların prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-yə üzvlüyünün 28-ci ildönümü münasibətilə Azərbaycan XİN-in “Twitter” paylaşımında qeyd olunub.

“Bu gün Azərbaycanın BMT-yə üzvlüyünün 28-ci ildönümüdür. BMT-yə qəbul edildiyi vaxtdan bəri Azərbaycan ardıcıl olaraq BMT Nizamnaməsinə, məqsədlərinə və beynəlxalq qanunların prinsiplərinə və sadiqliyini nümayiş etdirir", XİN bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BMT   XİN  





Xəbər lenti