Hindistan Ermənistana 40 milyonluq radar tədarük edəcək

 Hindistan Ermənistana 40 milyonluq radar tədarük edəcək
  02 Mart 2020    Oxunub:2945
Hindistan Ermənistanla radarlarının tədarükü üçün 40 milyon dollar dəyərində müqavilə bağlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan mediası hökumətdəki mənbələrə istinadən yazıb.

Müqavilə silahlarının 50 km məsafədə sürətli, avtomatik və dəqiq şəkildə aşkarlanmasını təmin edən dörd Swathi radarının verilməsini nəzərdə tutur.

Radar eyni vaxtda ayr-ayrı yerlərdə müxtəlif növ silahların öhdəsindən gələ bilər. Məlumata görə, Hindistan ordusunun Kəşmirdəki təmas xəttində bu sistemlərdən istifadə edilir.

O da vurğulanıb ki, Ermənistan Rusiya və Polşa sistemlərini də sınayıb, amma nəticədə Hindistan sistemini seçib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan   Ermənistan  





Xəbər lenti