İranın Məsləhət Şurasının üzvü koronavirusdan öldü

 İranın Məsləhət Şurasının üzvü koronavirusdan öldü
  02 Mart 2020    Oxunub:2207
Koronavirusa yoluxan İranın Məsləhət Şurasının 72 yaşlı üzvü Məhəmməd Mirməhəmmədi vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, M. Məhəmmədi koronavirusla əlaqədar nəzərdə tutulan Məsih Daneşvəri xəstəxanasında müalicə alırdı.

Qeyd edək ki, M.Məhəmmədi İran parlamentinin 6 və 7-ci çağırış Qum şəhərindən millət vəkili olub. 2018-ci ildən isə İranın Məsləhət Şurasının üzvü idi.

Xatırladaq ki, İranda indiyədək 978 nəfər koronavirusa yoluxub, onlardan 54 nəfər ölüb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti