Məktəbin "Pepsi" qabındakı məhlulla dezinfeksiyası araşdırılır
“Ola bilər ki, bu, şəxsin öz təşəbbüsü olub. Məlumdur ki, dezinfeksiya işlərini Bakıda və bölgələrdə sanitar-epidemioloji stansiyalar tərəfindən aparılır. Bu da dövlət tərəfindən həyata keçirilir".
Nazirlik rəsmisi eyni zamanda sosial şəbəkədə dərsdən qalan şagirdlərdən sağlamlıq haqqında arayışın istənilməsi ilə bağlı yayılanlara da aydınlıq gətirib:
"Koronavirusa görə məktəblərdə şagirdlərə sağlamlıqla bağlı arayış tələb olunması ilə əlaqədar hər hansı qərar qəbul edilməyib".
Aytən Zəhra
Azvision.az