Seyran Ohanyan həbs oluna bilər - 2 milyon dollarlıq cinayət

  Seyran Ohanyan həbs oluna bilər -    2 milyon dollarlıq cinayət
  03 Mart 2020    Oxunub:5857
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Azvision.az xəbər verir ki, Ermənistanın Xüsusi İstintaq Xidməti Ohanaya qarşı ittiham irəli sürüb.
Qeyd edilib ki, Seyran Ohanyan 2010-cu ildə Ermənistan "Dzora Su Elektrik Stansiyası" QSC özəlləşdirilərkən 3.6 milyard dram dövlət vəsaitini mənimsəyib.

Hazırda faktla əlaqədar araşdırma aparılır.

Azvision.az



Teqlər: Seyran-Ohanyan   Ermənistan  





Xəbər lenti