ÜST-nin əməkdaşı İranda koronavirusa yoluxdu

ÜST-nin əməkdaşı İranda koronavirusa yoluxdu
  03 Mart 2020    Oxunub:2282
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İrandakı regional ofisinin əməkdaşı yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus açıqlama verib.

O bildirib ki, İranda fəaliyyət göstərən ofisin əməkdaşından götürülən analizin cavabı müsbət olub. Hazırda həmin şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Azvision.az



Teqlər: ÜST   İran  






Xəbər lenti