Ukraynanın Baş Naziri istefa ərizəsi yazıb

Ukraynanın Baş Naziri istefa ərizəsi yazıb
  03 Mart 2020    Oxunub:2142
Ukraynanın Baş Naziri Aleksey Qonçaruk bazar ertəsi Prezident Vladimir Zelenski ilə görüşdən sonra istefa ərizəsi yazıb.
Azvision.az xəbər verir ki, bu barədə "Xalqın xidmətçisi" fraksiyasından olan deputat Aleksandr Dubinski deyib.

Daha əvvəl Qonçaruk özü istefa ərizəsi yazmadığını, ancaq Zelenski ilə bu mövzuda məsləhətləşmələrin aparılmasını istisna etmədiyini söyləyib.

Xatırladaq ki, dünən axşam saatlarında "Xalqın xidmətçisi" fraksiyasının komitə rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

“Qonçaruk artıq istefa ərizəsini yazıb və komandasına getdiyini deyib. Beləliklə, məsələ bu gün Ali Radada fraksiya üzvləri ilə müzakirə ediləcək. O, Prezidentlə danışıqlardan sonra bəyanat hazırlayıb və müvafiq siyasi qərarı verməyə hazır olduğunu vurğulayıb”, - deyə Dubinski əlavə edib.

Onun sözlərinə görə, martın 3-də fraksiyanın bütün deputatlarının iştirak edəcəyi iclasda Baş Nazirin istefası müzakirə ediləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukayna   İstefa   Baş-Nazir  





Xəbər lenti