Ermənistan koronavirusla mübarizəyə hazır deyil

Ermənistan koronavirusla mübarizəyə hazır deyil
  03 Mart 2020    Oxunub:3272
Ermənistan hakimiyyəti koronavirusla mübarizəyə hazır deyil.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" nəşri yazıb. Məlumatda vurğulanıb ki, söhbət yalnız İrandan gələnlər üçün qrip peyvəndi, maska çatışmazlığı, karantinə alınmamaqdan getmir, hətta ölkədə operativ qərargah da yaradılmayıb.
"Bu, yalnız iqtisadiyyatdan müdafiəyə qədər, sağlamlıq problemi deyil, məsələ ilk növbədə ordu ilə əlaqəlidir. Əsgərlərin qohumlarına ziyarət qadağası qoyulub, ancaq koronavirus hava damcıları yolu ilə ötürülən virusdur. Zabit heyəti və xidmət işçilərini qorumaq üçün nə edilir? Virus orduda yayılsa, necə olacaq? Bütün normal ölkələrdə əməliyyat qərargahları yaradılıb və ciddi şəkildə işlənmiş bir plan var", - deyə nəşr yazıb.

Ermənistanın Səhiyyə Nazirliyi isə bununla bağlı qəzetin sorğusuna qəribə cavab verib: "Operativ qərargah deyəndə nəyi nəzərdə tutursunuz? Bina və ya otaq? Qərargah - hər gün toplaşan və bu çərçivədə nə edilməli olduğuna qərar verən fəal insan qrupudur".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti