“Avro-2020”yə ev sahibliyi edəcək şəhərlər dəyişdirilə bilər

  03 Mart 2020    Oxunub : 2205
“Avro-2020”yə ev sahibliyi edəcək şəhərlər dəyişdirilə bilər
Bu gün UEFA-nın fövqəladə toplantısı keçiriləcək.

Azvision.az xəbər verir ki, Amsterdamda baş tutacaq iclasın əsas müzakirə mövzusu koronavirus təhlükəsi ilə əlaqədar Millətlər Liqasının 2020-2021 mövsümü və "Avro-2020"-yə ev sahibliyi edəcək şəhərlərin dəyişdirilməsidir.
Toplantıda, həmçinin Çempionlar Liqası və UEFA Avropa Liqası ilə bağlı yol xəritəsi müəyyənləşdiriləcək.

Bildirilir ki, UEFA-nın verəcəyi qərar dünyada digər irimiqyaslı tədbirlərin keçirilməsinə də təsir edəcək. Bununla da Tokio Olimpiadasının keçirilmə vaxtının müəyyən müddətə təxirə salınması yenidən gündəmə gələ bilər.

Qeyd edək ki, "Avro-2020"yə ev sahibliyi edəcək şəhərlərdə koronavirusa yoluxma halları belədir: Amsterdam 10, Bakı (Azərbaycan üzrə 3 nəfər), Bilbao 84, Buxarest 3, Budapeşt 0, Kopenhagen 1, Dublin 1, Qlazqo 0, London 36, Münhen 130, Roma 1694, Sankt-Peterburq 0.

Kənan Məmmədov
Azvision.az

Teqlər: UEFA