Azərbaycan çempionatının oyunu təxirə salındı

Azərbaycan çempionatının oyunu təxirə salındı
  03 Mart 2020    Oxunub:2212
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan I Divizionunda martın 6-da keçirilməli olan “Turan Tovuz” – MOİK görüşünün təxirə salınması barədə qərar qəbul edib.
Azvision.az -ın məlumatına görə, XVIII tur qarşılaşması MOİK rəhbərliyinin müraciəti əsasında başqa vaxta salınıb. Görüşün vaxtı və yeri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Qeyd edək ki, Müdafiə Nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti olaraq dayandırılıb.

Azvision.az


Teqlər: PFL   Oyun  





Xəbər lenti