Türkiyə yenə şəhid verdi, 9 əsgər yaralandı

  03 Mart 2020    Oxunub : 2218
 Türkiyə yenə şəhid verdi, 9 əsgər yaralandı
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətində həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatında bir türk hərbi qulluqçusu şəhid olub, 9 əsgər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

Nazir qeyd edib ki, rejim qüvvələrinin hücumuna cavab olaraq Suriya ordusunun 82 hədəfi atəşə tutulub, hazırda əməliyyat davam edir.

Azvision.az

Teqlər: Türkiyə   Şəhid