“Çelsi” “Liverpul”u kubokdan kənarlaşdırdı

“Çelsi” “Liverpul”u kubokdan kənarlaşdırdı
  04 Mart 2020    Oxunub:2347
Futbol üzrə İngiltərə kubokunun səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, “Stenford Bric” stadionunda “Çelsi” və “Liverpul” komandaları üz-üzə gəliblər.

Əzəli rəqiblər arasında gərgin keçən görüş “Çelsi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda Vilyam və Ros Barkli fərqləniblər.

“Çelsi” bu qələbə sayəsində dörddəbir final mərhələsinə yüksəlib, “Liverpul” isə mübarizəni dayandırıb.

Azvision.az



Teqlər: Çelsi   Liverpul  





Xəbər lenti