Aİ-dən iki ən yoxsul ölkəsinə şad xəbər
2014-cü ildən Rumıniya və Bolqarıstan vətəndaşları heç bir məhdudiyyət olmadan Avropa İttifaqının başqa ölkələrində işləyə bilərlər. Ekspertlər belə hesab edirlər ki, onsuz da bu ölkədən qazanc dalınca çıxıb getmək istəyənlərin hamısı artıq Qərbi Avropadadır.
Rumıniya və Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına daxil olmuşdur. Həmin vaxtdan bu ölkələrin vətəndaşları leqal şəkildə Almaniyada işləyirlər. Bundan ötrü onlar Federal Əmək Agentliyindən işləmək üçün icazə alırlar. Özü də bu qayda ixtisası üzrə işləyən yüksək ixtisaslı mütəxəssislərə, onların ailə üzvlərinə, habelə Almaniyada istehsalat təlimi keçənlərə aid deyildi. Onlar AFR-də heç bir məhdudiyyət olmadan qalıb işləyə bilirdilər.
Beləliklə, 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklər ilk növbədə aşağı ixtisaslı işçilərə aiddir. Bundan əvvəl onlar mövsümi işçilər kimi cəmi altı ayadək Almaniyada qala bilərdilər. İndi isə onların uzunmüddətli perspektivdə iş axtarıb tapmaq imkanı vardır.
Əslində qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər miqrantların axınına az mane olur. Əksinə, bu məhdudiyyətlər qeyri-leqal miqrasiyaya kömək edir.
Teqlər: