`Müsəlman qardaşlar` terrorçu təşkilat elan edildi

`Müsəlman qardaşlar` terrorçu təşkilat elan edildi
  27 Dekabr 2013    Oxunub:1100
Misir hökuməti “Müsəlman qardaşlar”ı terrorçu təşkilat elan etdi.
“Müsəlman qardaşlar” Assosiasiyası Misir hökuməti tərəfindən rəsmən terrorçu təşkilat elan edilmişdir. Nazirlər Kabinetinin bəyanatında deyilir ki, “Müsəlman qardaşlar” təşkilatı bundan sonra “istər ölkədə, istərsə də ondan kənarda” terrorçu qurum hesab edilir.

Hökumətin rəsmi məlumatına görə, indi Cinayət Məcəlləsinə əsasən hökumət bu təşkilatla hər hansı şəkildə bağlılığı olanlar barəsində müvafiq tədbirlər görə bilər. Bu təşkilatda iştirak, bu islam assosiasiyasının maliyyələşdirilməsi və onun təbliği, qanunvericiliyə görə, terrorizm maddəsi üzrə cinayət hesab ediləcəkdir. Bundan başqa, təşkilatın bütün fəallarına mitinqlər və digər etiraz aksiyaları keçirmək qadağan olunur.

AzVision.az xəbər verir ki, yaxın vaxtlarda Misir hökuməti öz qərarını ərəb ölkələrinə bəyan etmək niyyətindədir.


Teqlər:





Xəbər lenti