Azərbaycanda voleybol çempionatı təxirə salındı

  04 Mart 2020    Oxunub : 1163
Azərbaycanda voleybol çempionatı təxirə salındı
Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.
Azvision.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu addım koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.

Azvision.az

Teqlər: Çempionat