Ukraynanın yeni Baş Naziri məlum oldu

Ukraynanın yeni Baş Naziri məlum oldu
  05 Mart 2020    Oxunub:2959
Ukrayna Ali Radası Denis Şmıqalı ölkənin Baş Naziri vəzifəsinə seçib.
Azvision.az xəbər verir ki, Ali Radanın bu gün keçirilən iclasında 291 deputat Denis Şmıqalın namizədliyinin lehinə səs verib.

Qeyd edək ki, D.Şmıqal bundan əvvəl Baş Nazirin müavini vəzifəsində çalışıb. Onun Baş Nazir postuna namizədliyini Ukrayna Prezidenti Vladimir Zelenski irəli sürüb.

Azvision.az


Teqlər: Ukrayna   Baş-Nazir  





Xəbər lenti