Ərdoğanın oğlu da həbs edilir – FOTO

Ərdoğanın oğlu da həbs edilir – FOTO
  27 Dekabr 2013    Oxunub:1386
Prokuror Muammer Akkaşın `vəzifəsindən sui-istifadə və rüşvət` iddiasıyla başlatdığı istintaq daxilində Baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan haqqında saxlanılma qərarı verildi.

AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Prokuror Muammer Akkaşın `vəzifəsindən sui-istifadə və rüşvət` iddiasıyla başlatdığı istintaq daxilində Baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan haqqında saxlanılma qərarı verilib. Prokuror Akkaşın yazdığı `çağırış kağızı` adlı yazıda Bilal Ərdoğanın şübhəli qismində ifadə verməsi üçün ifadəyə çağırıldığı yazılıb.

Muammer Akkaş tərəfindən İstanbul Təhlükəsizlik Müdirliyinə göndərilən 25.12.2013 -ci il tarixli yazı bunları bildirir:

"Respublika Prokurorluğunda icra edilməkdə olan 2012/656 istintaq daxilində ; şəxsi mənfəət məqsədli cinayət təşkilatı qurmaq və qurulan təşkilata üzv olmaq ittihamlarından Respublika Prokurorluğunda şübhəli kimi ifadəyə alınacağından, çağırış kağızına bağlı təbliğatı aldığınızda aşağıda göstərilən tarixdə Respublika Prokurorluğuna gəlməniz, gəlmədiyiniz təqdirdə 5271 saylı Cəza mühakiməsi Qanununun 146- ıncı maddəsinə əsasən zorla gətiriləcəyiniz tələb olunur”.

Muammer Akkaş - Respublika Prokuroru

Qalereya




Teqlər:  





Xəbər lenti