“Qarabağ”ın oyununu FIFA referisi idarə edəcək

“Qarabağ”ın oyununu FIFA referisi idarə edəcək
  05 Mart 2020    Oxunub:2430
Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun oyunlarına hakim təyinatları açıqlanıb.
Azvision.az Peşəkar Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, iki günü əhatə edəcək tura martın 7-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ”–“Sabah” oyunu ilə start veriləcək. Saat 16:00-da başlayacaq görüşü Rəhim Həsənov idarə edəcək.

Həmin gün baş tutacaq “Neftçi”–“Sabah” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq. Saat 18:00-da start götürəcək görüş “Bakcell Arena” stadionunda oynanılacaq.

Martın 8-də “ASCO Arena” stadionunda keçiriləcək “Səbail”–“Zirə” oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matç saat 16:00-da başlayacaq.

Tura həmin gün keçiriləcək “Keşlə”-“Qarabağ” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək. Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, 19 turdan sonra turnir cədvəlinə 42 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 34 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Zirə” (20), “Sabah” (20), “Səbail” (20) və “Qəbələ” (19) yer alıblar.

Azvision.az



Teqlər: FİFA  





Xəbər lenti