İranlılar üçün Novruz tədbirləri ləğv olundu - Səfirlik

 İranlılar üçün Novruz tədbirləri ləğv olundu -  Səfirlik
  05 Mart 2020    Oxunub:3826
İranın Azərbaycandakı səfirliyi iki ölkə arasındakı sərhəd keçidlərinin son vəziyyəti ilə bağlı açıqlama yayıb.
Səfirlikdən Azvision.az -a daxil olan məlumatda deyilir ki, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb.

"Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir. Azərbaycan rəsmiləri, həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçirilir və koronavirusa yoluxma halları qeydə alınarsa, karantinə alınırlar.

Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar. Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda, bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur".

Səfirlik İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir və fürsətdən istifadə edərək, Azərbaycan xalqına can sağlığı və xoşbəxtlik arzu edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Səfirlik  





Xəbər lenti