ABŞ-da ticarət mərkəzində atışma qorxusu

ABŞ-da ticarət mərkəzində atışma qorxusu
  27 Dekabr 2013    Oxunub:1120
ABŞ-da ticarət mərkəzində çaxnaşma olub.
AzVision.az xəbər verir ki, Nyu-York ştatının Qarden-siti şəhərindəki ticarət mərkəzində çaxnaşma olub. Ətriyyat mağazasındakı satıcıların qışqırıqlarından sonra adamlar qaçışmağa başlayıblar. Mağazada tutulan oğru təhlükəsizlik xidmətinin üzvlərindən qaçmağa cəhd göstərərkən ətir flakonunu yerə saldığı və ticarət mərkəzinə gələnlər bunun atışma səsi olduğunu güman ediblər. Qışqırıqlar və yerə düşən flakonun səsi camaatın kütləvi surətdə ticarət mərkəzinin qapılarına tərəf qaçmasına səbəb olub ki, bu da tam xaosa gətirib çıxarıb. Yalnız polis gəldikdən sonra məlum olub ki, bu, növbəti atışma deyil, adi mağaza oğurluğudur.

Son iki ildə ABŞ-da kinoteatrlarda, restoranlarda və ticarət mərkəzlərində günahsız insanların kütləvi qırğını ilə nəticələnən bir sıra qanlı cinayətlər baş verib ki, bu da qeyri-adi vəziyyətlərdə vətəndaşların necə qorxuya düşdüklərini göstərir.

AzərTAc


Teqlər:





Xəbər lenti