Bakıda “Əgər SƏN olsaydın?” adlı Forum-Teatr keçiriləcək

  05 Mart 2020    Oxunub : 2062
Bakıda “Əgər SƏN olsaydın?” adlı Forum-Teatr keçiriləcək
9 mart, saat 18:00-da ADO teatrında "Əgər SƏN olsaydın?" (What if YOU?) layihəsi çərçivəsində Forum-Teatr səhnəcikləri nümayiş etdiriləcək.
Səhnəciklər Forum-Teatr layihəsi zamanı yeni biliklər qazanan iştirakçılar tərəfindən yazılaraq, səhnələşdiriи. Onların mövzusu əsasən müasir dövrdə insan alveri və əməyin istismarından ibarətdir.

Forum-teatr tamaşaçıların insan alverilə bağlı təsəvvürlərini genişləndirmək şansı qazandırmaqla yanaşı, həyati hadisələrə və istismarın qurbanı olmuş şəxslərə qarşı empatiya qurmaq qabiliyyətini də inkişaf etdirmək imkanı yaradacaq.

Tədbirə giriş pulsuzdur.

Qeyd edək ki, dövrümüzün aktual problemlərindən olan insan alverinə həsr olunmuş "Əgər SƏN olsaydın?" layihəsi Almaniyanın EVZ fondunun dəstəyilə "Sülh üçün avropalılar" proqramı çərçivəsində həyata keçirilir. Həmçinin, layihənin təşkilində "Sağlam Düşüncə" Gənclər Təşkilatı, İLM-learn beynəlxalq təhsil mərkəzi və Ritual mobil teatr laboratoriyası da iştirak edir.

Layihənin əsas məqsədi iştirakçıları və tamaşaçıları maarifləndirmək, bu problemin aradan qaldırılması istiqamətində onları yeni təşəbbüslərə təşviq etməkdir.

Ətraflı məlumat üçün eventə qoşula bilərsiniz

Teqlər: