İranda 107 nəfər koronavirusdan öldü

İranda 107 nəfər koronavirusdan öldü
  05 Mart 2020    Oxunub:1909
İranda yeni koronavirusdan ölənlərin sayı 107 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, ölkədə bir gündə 15 nəfər virusdan ölüb: "591 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 3 513 nəfərə çatıb. 739 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb".

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti