`Таrzan` əfsanəsi 3d formatda dönür – VİDEO

`Таrzan` əfsanəsi 3d formatda dönür – VİDEO
  27 Dekabr 2013    Oxunub:1377
Əfsanəvi “Tarzan” hekayəsi keçən əsrin əvvəli yox günümüzdə baş versəydi necə olardı?
AzVision.az xəbər verir ki, Hollivud cizgi film yaradıcıları məşhur əsəri növbəti dəfə 3d formatda və fərqli baxışla canlandırmağa çalışıb.

Sujet xəttinə toxunmayan ssenaristlər sadəcə hadisələrin bu günümüzdə baş verdiyi təqdirdə necə olacağını bizə göstərir.

Bu dəfə də əsərin baş qəhrəmanı, avia qəzada möcüzəvi şəkildə sağ qalan körpə cəngəlliklərə düşür və vəhşi meymunların sürüsünün qorunması altında cəngəllikdə yaşamaq qanunların öyrənir.

Artıq böyüdükdən, güclənib sürünün başçısı olduqdan sonra isə Tarzan həm yaxınlarını düşmənlərdən qorumalı, həm də ən əsası yenidən insan olmağa çalışmalıdır.

Film 6 yaş və yuxarı uşaqlar üçün nəzərdə tutulub.




Teqlər:  





Xəbər lenti