Çində 54 minə yaxın insan koronavirusdan sağalıb

   Çində 54 minə yaxın insan koronavirusdan sağalıb
  06 Mart 2020    Oxunub:2301
Çində koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 710, ölənlər isə 3045 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən sutka ərzində 143 yoluxma, 30 ölüm faktı qeydə alınıb. İndiyədək 53 min 793 nəfər sağalaraq xəstəxananı tərk edib.

Hazırda Çində 5737 xəstənin vəziyyəti kirtikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş 30 min nəfər tibbi nəzarət altında saxlanılır.

Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti