Ərdoğan 3 deputatı AKP-dən qovdu

Ərdoğan 3 deputatı AKP-dən qovdu
  27 Dekabr 2013    Oxunub:933
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən 3 millət vəkili partiya sıralarından xaric edilib.
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, AKP-nin İzmirdən seçilən deputatı Ərtoğrul Günay, Erdal Qalxan və Ankradan seçilən millət vəkili Haluk Özdalğanın partiyadan xaric edilməsi tələbi ilə İntizam Komissiyasına müraciət edilib.

Millət vəkillərinin AKP-dən çıxarılmasına səbəb kimi onların partiya nizamnaməsindən kənar davranışlara yol vermələri göstərilir.

AzVision.az


Teqlər:





Xəbər lenti