Rusiya XİN-də jurnalistlərin temperaturu yoxlanıldı

Rusiya XİN-də jurnalistlərin temperaturu yoxlanıldı
  06 Mart 2020    Oxunub:1649
Bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqə gələn bütün jurnalistlərin temperaturu ölçülüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, media nümayəndələrinin bədən hərarətini maska geyinmiş tibb işçiləri yoxlayıblar. Xarici İşlər Nazirliyinin girişində isə təcili yardım maşını növbə çəkib.

Jurnalistlər arasında xəstəliyi olan müəyyən edilməyib.

Xatırladaq ki, yoxlama prosesi koronavirusla əlaqədardır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   XİN  





Xəbər lenti