Azərbaycanlı futbolçu Latviya klubunda

Azərbaycanlı futbolçu Latviya klubunda
  07 Mart 2020    Oxunub:2983
"Səbail" klubunun futbolçusu Orxan Qurbanlı karyerasını ölkə xaricində davam etdirəcək.
Azvision.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Latviyanın "Dauqavpils" klubuna keçib. Qurbanlı mövsümün sonuna kimi icarə əsasında bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, Orxan Qurbanlı 2016-cı ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin formasını geyinib. Həmin vaxt "Neftçi" klubuna məxsus olan yarımmüdafiəçi icarə əsasında "Dauqavpils"də oynayıb.

Azvision.az



Teqlər: Futbol  





Xəbər lenti