Rusiyada bir gündə 6 nəfər koronavirusa yoluxdu

 Rusiyada bir gündə 6 nəfər koronavirusa yoluxdu
  07 Mart 2020    Oxunub:2368
Ötən gün Rusiyada koronavirusa 6 yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq Qərargahı məlumat yayıb.

Bildirilib ki, Nijni Novqorodda bir, Moskvada isə 5 nəfərdə COVİD-19 aşkarlanıb. Virusa yoluxanların hamısı İtaliyadan gəliblər. Hazırda onlar karantində saxlanılırlar.

Qeyd edək ki, bu günə kimi Rusiyada koronavirusa 10 yoluxma halı təsdiqlənib.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti