Çində koronavirusdan ölənlərin sayı 3 mini ötüb

  07 Mart 2020    Oxunub : 1494
Çində koronavirusdan ölənlərin sayı 3 mini ötüb
Çində koronavirusa yoluxanların sayı 80 600, virusdan ölənlər isə 3 070 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı Çinin Dövlət Səhiyyə Komitəsi yayıb.

Qeyd olunub ki, son bir gündə 99 nəfər virusa yoluxub, 28 nəfər dünyasını dəyişib. Ümumilikdə, indiyədək 55 400 nəfər sağalaraq xəstəxananı tərk edib. Çinin 31 bölgəsinin əksəriyyətində bir neçə gündür yeni yoluxma halları qeydə alınmayıb.

Yenilənmiş məlumatlara görə, ölkədə koronavirusdan rəsmi ölüm nisbəti 3,77 faizdən 3,8 faizə düşüb.

Azvision.az

Teqlər: Çin