Avropada koronavirusa yoluxanların sayı artıb

Avropada koronavirusa yoluxanların sayı artıb
  07 Mart 2020    Oxunub:1809
Almaniya və Fransada koronavirusa yoluxmuş şəxslərin sayı artıb.
Azvision.az xəbər verir ki, Almaniyada 105, İspaniyada 29 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Bununla da virusa yoluxanların sayı Almaniyada 639-a, İspaniyada 374-ə çatıb. İtaliyada isə 197 nəfər dünyasını dəyişib.

Almaniyanın regionları arasında Şimali Reyn - Vestfaliya (329 nəfər) və Bavariyada (117 nəfər) virusa yoluxma halı daha çoxdur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusa yoluxanların sayının 100 minə yaxınlaşdığını bildirib.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti