Dünyada koronavirusla bağlı son durum - Yeni statistika
Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, bu günədək 102 min 242 nəfər yeni növ koronavirusa yoluxub, 3497 nəfər ölüb. Virusa yoluxmuş 57 min 625 xəstə sağalıb. Yerdə qalan 41120 nəfərdən 34967-nin vəziyyəti qənaətbəxş hesab olunur. 6153 xəstənin durumu orta-ağır qiymətləndirilir.
Koronavirusun yayılmasına görə ikinci sırada Cənubi Koreyadır. Bu ölkədə 6767 nəfər xəstə qeydə alınıb. Onlardan 44 nəfəri dünyasını dəyişib.
Üçüncü sırada yer alan İranda 4747 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 124 nəfəri ölüb. Dördüncü yerdə qərarlaşan İtaliyada isə 4636 virusa yoluxma halı təsdiqlənib. 197 nəfər dünyasını dəyişib.
Ümumilikdə isə son 12 saat ərzində Çin daxil olmaqla digər ölkələrdə cəmi 31 nəfər virusdan dünyasını dəyişib. Hazırki rəqəmlər əvvəlki günlərlə müqayisədə koronavirusun dünya üzrə yayılması və ölüm hallarının azaldığını göstərir.
Kənan Məmmədov
Azvision.az
Teqlər: Koronavirus