"Neftçi" və "Qəbələ"dən darmadağın - YENİLƏNİB

"Neftçi" və "Qəbələ"dən darmadağın -  YENİLƏNİB
  08 Mart 2020    Oxunub:2974
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.
Azvision.az xəbər verir ki, turun açılış matçında "Qəbələ" klubu "Sumqayıt"ı qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah" klubu isə səfərdə "Neftçi"yə 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.

Azvision.az


Teqlər: Qəbələ   Sumqayıt  





Xəbər lenti