Taekvondoçularımız Niderlandda 7 medal qazandı

Taekvondoçularımız Niderlandda 7 medal qazandı
  08 Mart 2020    Oxunub:2473
Niderlandın Eydhoven şəhərində keçirilmiş “Dutch Open” turnirində Azərbaycan millisi 7 medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından Azvision.az -a verilən məlumata görə, sayca 47-ci dəfə təşkil olunmuş G1 kateqoriyalı yarışda medallardan 4-ü qızıl, 2-si gümüş, 1-i isə bürünc əyarlı olub. Qaşım Maqomedov (58 kq), Milad Beigi (80 kq), Radik İsayev (87 kq yuxarı) və Fəridə Əzizova (67 kq) turnirin qalibi olub. Cavad Ağayev (68 kq) və Payam Qobadi Oğaz (87 kq) yalnız finalda, Bəhruz Quluzadə (54 kq) isə yarımfinalda uduzub.

Qeyd edək ki, millimiz baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında Niderlanddan birbaşa Belçikanın Lommel şəhərinə yollanıb. Komanda üzvləri 14-15 martda G2 kateqoriyalı açıq çempionata qatılacaqlar.

Azvision.az


Teqlər: Taekvondoçu  





Xəbər lenti