Premyer Liqada mövsümün rekordu qeydə alınıb

Premyer Liqada mövsümün rekordu qeydə alınıb
  08 Mart 2020    Oxunub:2481
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün rekordu qeydə alınıb.
Azvision.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” ən böyükhesablı ev qələbəsinin müəllifi olub. Bu, XX turun “Sumqayıt”la görüşünə təsadüf edib. 5:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqi ilə qələbə qazanan ilk komanda olub.

Bunadək rekord “Keşlə”yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilmiş XVIII turun oyununda “Zirə”nin qapısından 4 top keçirib.

Ümumilikdə mövsümün rekordu “Qarabağ”a məxsusdur. Ağdam klubu səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub edib.

“Neftçi” isə Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb. Premyer Liqanın XX turunda “Sabah”la ev oyununda 4:0 hesabı ilə qalib gələn “ağ-qaralar” mövsümdə 10-cu, ölkə çempionatları tarixində 450-ci dəfə azarkeşlərini sevindirib.

“Neftçi” bu göstəricidə mütləq rekordçudur. 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının daimi iştirakçısı olan paytaxt klubu qələbə sayında bütün komandaları qabaqlayır.

“Neftçi”nin Azərbaycan çempionatlarındakı tarixi qələbələri:

1-ci qələbə: 08.05.1992. Neftçi (Bakı) - Xəzər (Sumqayıt) - 1:0
50-ci qələbə: 15.12.1993. Neftçi (Bakı) - Şahdağ (Qusar) - 3:0
100-cü qələbə: 12.04.1997. Neftçi (Bakı) - Kəpəz (Gəncə) - 2:0
150-ci qələbə: 26.03.2000. Neftçi (Bakı) - Xəzər Universiteti (Bakı) - 5:1
200-cü qələbə: 30.11.2003. Ədliyyə (Bakı) - Neftçi (Bakı) - 0:3
250-ci qələbə: 03.11.2006. Neftçi (Bakı) - Simurq (Zaqatala) - 1:0
300-cü qələbə: 15.08.2010. Qəbələ - Neftçi (Bakı) - 0:2
350-ci qələbə: 17.02.2013. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:2
400-cü qələbə: 15.05.2016. Neftçi (Bakı) - İnter (Bakı) - 4:2
450-ci qələbə: 07.03.2020. Neftçi (Bakı) – Sabah (Bakı) – 4:0

Azvision.az


Teqlər:





Xəbər lenti