Çökən hotelin altında qalan 22 nəfər hələ tapılmayıb

Çökən hotelin altında qalan 22 nəfər hələ tapılmayıb
  09 Mart 2020    Oxunub:1711
Çində xilasedicilər ölkənin şərqindəki Futszyan əyalətində çökmüş 7 mərtəbəli hotelin dağıntıları altında qalan 22 nəfəri axtarmaqda davam edir.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, xilasedicilər çökən binanın dağıntılarının altından 49 nəfəri aşkar edərək çıxarmağı bacarsa da, onlardan 10-u aldığı xəsarətlərdən ölüb.

Dağıntılar altında, rəsmi məlumatlara görə, 71 nəfər olub. Xilasedicilər daha 22 nəfərin axtarışlarını davam etdirir.

Xilasetmə əməliyyatına mindən çox yanğınsöndürən, polis, hərbi və tibb işçisi cəlb edilib.

Azvision.az



Teqlər: Çin  





Xəbər lenti