Putini zəhərləmək istədilər

 Putini zəhərləmək istədilər
  14 Mart 2013    Oxunub:1639
Putinin iqamətgahında Gürcüstanda istehsal edilən “Coca-Cola” butulkası tapıblar.
Vladimir Putinin mətbuat katibi Dmitriy Peskovun verdiyi məlumata görə Gürcüstandan gətirilən Coca-Cola içkisinin butulkası “hər ehtimala qarşı” ekspertizaya göndərilib.

Bu hadisə Putin və ya digər dövlət rəsmlərinə qarşı mümkün sui-qəsdlə (içkinin tərkibində zəhər olduğu güman edilir) bağlı şübhələr ortaya çıxarıb. Mətbuat katibinin “hər ehtimala qarşı deməsi” də bu şübhələri bir daha təsdiqləyib.

“Bu butulkanı hər ehtimala qarşı biz Onişenkoya (“Rospotrebnadzor”un rəhbəri Qennadiy Onişenko) göndərdik”- deyə Peskov qeyd edib.

Bununla yanaşı o bildirib ki, Rusiyada Gürcüstan məhsullarına qarşı hər hansı iddia qaldırılmayıb, lakin bəzi istehsalçılara iradlar bildirilib.

Gürcüstanda istehsal olunan Coca-Cola-nı jurnalistlər Prezident iqamətgahının mətbuat otağından tapıblar.

Hazırda Rusiya və Gürcüstan gürcü çaxırı və mineral içkilərin rus bazarlarına idxalı məsələsini müzakirə edirlər.


Teqlər:  





Xəbər lenti