Flippin prezidentinə toxunmaq qadağan olundu

 Flippin prezidentinə toxunmaq qadağan olundu
  09 Mart 2020    Oxunub:2248
Filippin prezidenti Rodriqo Duterteyə toxunmaq qadağan olunub.
Azvision.az xəbər verir ki, bu addım prezidentin yeni koronavirusa yoluxmasının qarşısını almaq məqsədi daşıyır.

Bildirilir ki, artıq yüksək çinli məmurlar da daxil olmaqla hər bir kəsin prezidentə toxunması qadağan olunur. Tədbirlərdə ona yaxınlaşacaq şəxslər isə ciddi koronavirus yoxlanışından keçiriləcək.

Qeyd edək ki, Flippində indiyə qədər 10 nəfər yeni koronavirusa yoluxub və onlardan biri ölüb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Flippin   Koronavirus   Prezident  





Xəbər lenti