Rusiyada koronavirusa yoluxanların sayı 20-yə çatıb

 Rusiyada koronavirusa yoluxanların sayı 20-yə çatıb
  09 Mart 2020    Oxunub:3491
Rusiyada yeni növ koronavirusa yoluxanların sayı 20 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, son sutka ərzində Moskvada daha 3 nəfərin virusa yoluxduğu müəyyən edilib. Onlar yaxın günlərdə İtaliyadan qayıdıblar.
Ümumilikdə isə Rusiyada 20 nəfərdə koronovirus aşkarlanıb. Virusa yoluxanların 17 nəfəri İtaliyadan qayıtmış Rusiya vətəndaşı, iki nəfəri Çin vətəndaşı, 1 nəfər İtaliya vətəndaşıdır.

Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti