Çin lideri “ölüm şəhəri”nə getdi

Çin lideri “ölüm şəhəri”nə getdi
  10 Mart 2020    Oxunub:2634
Çin Xalq Respublikasının sədri Si Cinpin yerli rəhbərliyin koronavirus epidemiyası ilə mübarizə səylərini yoxlamaq üçün Uhan şəhərinə gedib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Çin lideri Uhana təyyarə ilə yola düşüb.

Si Cinpin şəhərdə koronavirusun yayılmasının qarşısının alınması və onunla mübarizə tədbirləri ilə tanış olacaq, tibbi heyət, hərbi, sosial, ictimai təhlükəsizlik işçiləri, könüllülər, xəstələr və yerli sakinlərlə görüşəcək.

Xatırladaq ki, koronavirus ötən ilin sonlarında ilk dəfə olaraq Çinin Hubey əyalətinin Uhan şəhərində qeydə alınıb. Bu günə qədər ölkədə virusdan 3136 nəfər ölüb, 60 minə yaxın insan isə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti