Bu ölkədə koronavirusdan müalicə pullu oldu

  10 Mart 2020    Oxunub : 2540
 Bu ölkədə koronavirusdan müalicə pullu oldu
Sinqapurda ölkəyə turist və ya digər qısamüddətli səfərlər edən, tranzit olaraq ölkə ərazisindən keçən insanlar üçün koronavirusdan müalicə pullu olacaq.
Azvision.az xəbər verir ki, bu barədə "Straits Times" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, uzunmüddətli vizaları olan şəxslər və Sinqapur vətəndaşları üçün müalicə dövlət hesabına aparılacaq.

Qeyd edək ki, Sinqapurda 160 nəfər virusa yoluxub, onlardan ən sonuncusu beş yaşlı oğlandır.

Azvision.az

Teqlər: Koronavirus