Cərrah koronavirusa yoluxdu, əməliyyatlar təxirə salındı

Cərrah koronavirusa yoluxdu, əməliyyatlar təxirə salındı
  10 Mart 2020    Oxunub:2399
Kiprin Nikosiya şəhərində ümumi xəstəxananın ürək cərrahı Xrizostomos Kokkinosun koronavirusa yoluxması səbəbindən onun bütün əməliyyatları təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Cyprus Mail nəşri yazıb.

Nəşrin məlumatına görə, qərar Səhiyyə Nazirliyində keçirilən təcili iclasda qəbul edilib. Həmçinin, xəstəxananın kordiologiya şöbəsində müalicə alan xəstələri özəl klinikalara köçürmək qərara alınıb.

Qərar işçilər arasında təşvişə səbəb olub. Belə ki, təmizləyicilər infeksiyaya yoluxmaq qorxusundan işə getməkdən imtina ediblər.

Bundan əvvəl isə Səhiyyə Nazirliyi 63 yaşlı həkimin martın 3-də Britaniyadan Kiprə qayıtdığı və yalnız 9 martda koronavirus üçün testdən keçdiyi barədə məlumat yayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kipr   Koronavirus  





Xəbər lenti