Ağ Ev aparatının yeni rəhbəri karantinə alındı

 Ağ Ev aparatının yeni rəhbəri karantinə alındı
  10 Mart 2020    Oxunub:2596
Ağ Ev aparatının yeni rəhbəri Mark Medouz koronavirus daşıyıcısı ilə təmasda olduğuna görə karantinə alınıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp tərəfindən Ağ Evin aparat rəhbəri təyin edilən konqresmen 10 gün əvvəl Merilend ştatında keçirilən konfransda virusa yoluxmuş şəxslə təmasda olub.

"Hələlik onda heç bir simptom aşkarlanmayıb, lakin həkimlər standart ehtiyat tədbirlərinə əsasən, 14 gün müddətinə karantin təyin ediblər”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, 26-29 fevral tarixlərində Merilend ştatında keçirilmiş konfransda iştirak edən və infeksiyaya yoluxmuş şəxslə ünsiyyətdə olan dörd respublikaçı konqresmen karantinə alınıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Ağ-ev  





Xəbər lenti