“İstərdim övladlarım mənimlə qürur duysun” – Müsahibə

“İstərdim övladlarım mənimlə qürur duysun” – Müsahibə
  27 Dekabr 2013    Oxunub:1477
“Haqqımda pis yazıla biləcək nə ola biləcəyini anlaya bilmirəm”
“Krokus İnterşenl” şirkətinin sahibi, müğənni Emin Ağalarov “Grazia” jurnalına müsahibə verib.

AzVision.az-ın məlumatına görə, müsahibədə müğənni Moskvanın “Crocus City Holl” konsert zalında baş tutan konsertindən, sayca yeddinci albomunun təqdimat mərasimindən və “Dünya Gözəllik” yarışmasının təşkilatçılığında üzləşdiyi çətinliklərdən danışıb.

-Siz həyəcanın öhdəsindən necə gəlirsiniz?

- Bilmirəm, sadəcə həyəcanlanıram. Gəzirəm və oxuyuram. Müslüm Maqomayev deyirdi ki, onun üçün hər dəfə səhnəyə çıxmaq sanki ilk dəfə səhnəyə çıxdığı zamankı həyəcan demək idi.

-Sizcə, sizin uğurunuzun sirri nədədir?

- Mən deməzdim ki, böyük uğura nail olmuşam. Hələ yolun başındayam. Hər bir işdə olduğu kimi əziyyət çəkmək, uğursuzluğa düçar olmaq, çətinlikləri dəf etmək və təslim olmamaq lazımdır.

-Sizin həyat boyu daim riayət etməyə çalışdığınız deviziniz hansıdır?

-Hər işi yaxşı görmək lazımıdır. İstənilən şəraitdə hədəfdən yayınmamaq və xırdalıqlara diqqət yetirmək lazımdır.

-Sizin haqda yaxşı ailədən olan və təmiz reputasiyaya malik “şahzadə” obrazı yaranıb. Siz bu obraz üçün çalışırsınızmı və bu barədə deyilənlər nə dərəcədə doğrudur?

-İnsanın reputasiyası bircə hərəkəti ilə alt-üst ola biləcək kövrək bir şeydir. Mən bu haqda çox fikirləşmirəm və öz prinsiplərimlə yaşamağa çalışıram. Bu ictimaiyyət üçün necə görünməyimlə deyil, heç olmasa, iki övladımın olması ilə bağlıdır. Mənim atam necə mənim üçün qürur mənbəyi disə, mən də onlar üçün qürur mənbəyi olmaq istəyirəm.

-Yemək bişirə bilirsinizmi, ən yaxşı hazırladığınız yemək hansıdır?

- Bəzən qayğanaq bişirə bilərəm. Xüsusi yemək bişirmə qabiliyyətim yoxdur. Yeməyi qızdıra da bilərəm.

-Mətbuatda haqqınızda yazılanlar sizi narahat edirmi? Jurnallar oxuyursunuzmu?

-Belə jurnalları mən oxuya, daha çox isə təyyarədə vərəqləyə bilərəm. Məni narahat edirmi? Bəli, müəyyən çərçivədə narahat edir. Haqqımda pis yazılmasını istəmirəm. Fikrimcə, haqqımda pis yazıla biləcək nə ola biləcəyini anlaya bilmirəm. Etdiyim hər şeyi yaxşı edirəm, ən azıdan yaxşı eləməyə çalışıram. Əgər pis yazırlarsa, bu artıq subyektiv fikirdir.

-Ən sevimli filminiz?

-“Xaç atası”.

-Sevimli ifaçı?

-Bizimkilərdən Müslüm Maqomayev və bundan başqa Adriano Çelentano, Elvis Presli.

-Sevimli kitabınız?

-Mən Sidni Şeldonun müəllifi olduğu kitabları xoşlayıram.

-Parfüm?

-Tom Ford yaxud Vera Wang.


-Geyimdə həmişə izlədiyinz hər hansı stil varmı? Ümumiyyətlə, sevimli markalarınız hansılardır?

-İş zamanı Tom Ford, gündəlik həyatda isə All Saints and Diesel-ə üstünlük verirəm.

-Gələn il üçün hansı yaradıcılıq planlarınız var?

-Yeni albom buraxacam və onun uğuruna ümid edirəm. Fevralın əvvəllərindən Londonda albomun promosunu həyata keçirəcəyik, 12 və 13 fevralda Sankt-Peterburqda, 14-ü Moskvada, 16-sı Soçidə konsert verəcəm. Sonra Almaniyada konsert turu, ABŞ, Braziliya, İsveçrə, Avstriya və Avstraliyada çıxışlarım olacaq. Həm də yeni ingilisdilli və rusdilli albomların hazırlanmasına başlamışam. Gələn ilin sonuna kimi işləri yekunlaşdırmağı planlaşdırıram.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti